top of page

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də “Əməliyyat Müşavirəsi” keçirilmişdir.

22 İyul tarixində “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 2022-ci ilin ilk yarım ilində görülmüş və ikinci yarım ilində görüləcək işlər barədə “Əməliyyat Müşavirəsi” keçirilmişdir.


Müşavirədə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin rəhbərliyi ,şöbə və sektor müdirləri, Bakı şəhəri və regional bölmə rəisləri və növbə koordinatorları iştirak etmişlər.





İclasda ilk 6 ay ərzində görülən işlər müzakirə və təhlil olunmuş, həmçinin “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC -nin mühafizə olunan obyektlərinin bölmə rəisləri və növbə koordinatorları ilə şöbələr və sektor müdirləri arasında fəaliyyət istiqamətlərinin müvafiq tələblər əsasında təşkil edilməsi müzakirə olunmuşdur.

Daha sonra bölmə rəisləri və növbə koordinatorlarına Hərbiləşdirilmiş Mühafizənin Təşkili üzrə əsas rəhbəredici sənədlərin toplusu, mühafizəçilərə isə Mühafizəçinin Yaddaş Kitabçasını təqdim edərək iclası sonlandırmışlar.



1 057 просмотров

Comments


bottom of page